BANM və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb

02.06.2025

Icma.az, 525.az portalına istinadən məlumat verir.

“Azərbaycan–Özbəkistan: ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu çərçivəsində ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi və birgə elmi tədqiqatlar müzakirə olunub.

Bakı Ali Neft Məktəbi (BANM) və Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb.

BANM-dən 525.az-a bildirilib ki, forumda ali məktəbin nümayəndəsi tədris və elmi işlər üzrə prorektor Sevda Zərgərova iştirak edib.

Tədbirə elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti, hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri qatılıb.

Sevinc Qarayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью