Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Milli Məclisin deputatı Nigar Məmmədova Bakı Ali Neft Məktəbində (BANM) Abşeron rayonundan olan gənclərlə görüşüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə COP29 mövzusu ətrafında gənclərlə geniş müzakirələr aparılıb, qlobal ekoloji problemlərə dair vacib məsələlərə toxunulub.
Gənclər də ekoloji məsuliyyət və davamlı inkişaf mövzularında öz fikirlərini ifadə ediblər.