Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 dekabr, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya texnologiyaları kafedrasının müdiri Nailə Allahverdiyeva “Akademik mükafat”a layiq görülüb.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib.
Mükafat “Femmes Digitales” İctimai Birliyinin təşkilatçılığı və 4SİM-in əsas tərəfdaşlığı ilə AWITA 2024 – texnologiya sahəsində fəaliyyət göstərən azərbaycanlı qadınların fəaliyyətinin mükafatlandırılması mərasimində təqdim edilib.
Nailə Allahverdiyeva, ölkənin müxtəlif regionlarından 200 müraciət arasında seçilən 33 finalçıdan biri olub.