BANMin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

12.12.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Bakı Ali Neft Məktəbinin (BANM) kollektivi Fəxri xiyabanı ziyarət edib.

SİA-nın məlumatına görə, BANM-dən bildirilib ki, ali məktəbin kollektivi Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью