Banqkokda binanın çökməsi nəticəsində ölənlərin sayı 60 nəfəri ötüb

28.04.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tailandın paytaxtı Banqkokda zəlzələ zamanı Baş Auditor İdarəsinin tikintisi davam edən binasının çökməsi nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Bildirilib ki, 30 mərtəbəli binanı dağıdan zəlzələdən bir ay sonra 31 nəfər itkin düşmüş hesab olunur. Xilasetmə xidmətləri axtarış əməliyyatını davam etdirir.

Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, onun maqnitudası 8,2 təşkil edib. Zəlzələ qurbanlarının sayı 2,7 min nəfəri ötüb. Zəlzələdən Tailand da zərər çəkib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью