Banqkokda hoteldə yanğın baş verib, üç turist ölüb

30.12.2024

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tailandın paytaxtı Banqkokda yerləşən “The Ember” hotelində baş verən yanğın nəticəsində azı üç turist həlak olub. SİA xəbər verir ki, daha yeddi turist xəsarət alıb.

Ölənlərin milliyyəti hələ müəyyən edilməyib.

Məlumata görə, həlak olan turistlərdən biri hadisə yerində ölü tapılıb, digər ikisi isə xəstəxanada vəfat edib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hoteldə 75 nəfər olub. Yanğın təxminən bir saat ərzində lokallaşdırılıb. Hazırda yanğının səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью