Banqkokda zəlzələdən sonra çoxmərtəbəli bina çökdü

28.03.2025

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Banqkokda baş verən güclü zəlzələ nəticəsində inşaatda olan çoxmərtəbəli bina çöküb.

BAKU.WS xəbər verir ki, bu barədə Mash Telegram-kanalı məlumat yayıb. Bina çökəndən sonra havada qalxan iri toz buludu Taylandın paytaxtının müxtəlif bölgələrindən müşahidə edilib.

Şok edici görüntülərdə hündür binanın çökdüyü, bununla bərabər böyük toz buludunun yaranması əks olunub. Hadisə zamanı tikinti meydançasının ətrafında yerləşdirilən kranlar da çöküb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 13:20-də başlayıb. Zəlzələnin episentri qonşu Myanmarın ərazisində yerləşir və burada zəlzələnin gücü 7,7 bal olub. Tayland mediasının verdiyi məlumata görə, Taylandın şimal bölgələrində təkanların gücü 4,2 olub.

Hazırda Banqkokdakı çoxmərtəbəli binaların sakinlərinin təxliyəsi aparılır. Eyni zamanda, otel komplekslərindən turistlərin təxliyəsi təşkil edilib. Təbii fəlakət nəticəsində zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.

Banqkokun əhalisi təxminən 17 milyon nəfərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью