Banqladeşdə 24 saatda 990 nəfər dang qızdırması ilə xəstəxanaya yerləşdirilib

27.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

"Operativ Media" xəbər verir ki, bu barədə Banqladeş sağlamlıq xidmətləri ümumi müdirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Banqladeşdə dang qızdırması səbəbindən bu il 471 nəfər həyatını itirib.

Belə ki, son 24 saatda 990 nəfər xəstəxanaya yerləşdirilib, 10 nəfər ölüb.

Qeyd edək ki, Banqladeşdə 2023-cü ildə 321 min 179 dang qızdırması hadisəsi qeydə alınıb. 1705 nəfər bu xəstəlikdən vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью