Banqladeşdə 30 fil insanlara hücum elədi: 2 nəfər ölüb, yaralılar alanlar var

22.05.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

Banqladeşin şimalındakı Şerpur şəhərində maraqlı hadisə yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 30 fil və balaları əhalinin toplaşdığı izdihama hücum çəkib.

Məlumata görə, nəticədə 2 nəfər faciəli şəkildə həyatı ilə vidalaşıb, 10-dan çox insan isə yaralanıb: "Əyalətinin Çhenaigati bölgəsində hadisə zamanı fillər iki nəfəri ayaqları ilə əzərək öldürüb. Əzilən 10 nəfər isə çətinliklə ölümdənxlas edilib. Onlardan bəzilərinin vəziyyəti çox ağırdır..."

Tahir Şəlvəli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью