Banqladeşdə 5,7 maqnitudalı zəlzələ olub

21.11.2025

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Banqladeşdə 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Tongi şəhərindən 23 km şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью