Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 16 iyun, AZƏRTAC
Banqladeşdə son 24 saat ərzində qızılcaya 1006 yoluxma halı və bir ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Xidmətləri Baş İdarəsi məlumat yayıb.
Son göstəricilərlə birlikdə mart ayının ortalarında başlayan epidemiya dövründə qızılcaya yoluxanların sayı 87 min 929-a, ölüm hallarının sayı isə 564-ə çatıb.