Banqladeşdə daşqın və torpaq sürüşmələrində 44 nəfər həyatını itirib

13.07.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Banqladeşdə musson yağışları daşqın və torpaq sürüşmələrinə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 44 nəfər həyatını itirib, 39 nəfər isə yaralanıb. Fəlakətdən 1 milyondan çox insan zərər çəkib. Ölkə daxilində 1000-dən çox müvəqqəti sığınacaq yaradılıb.

Xaqraçhari, Ranqamati, Bandarban, Koks Bazar, Çattoqram, Moulvibazar və Habiqanc da daxil olmaqla 7 bölgədə çoxsaylı yaşayış məntəqələri su altında qalıb.

Hakimiyyət orqanları hövzələrdə suyun səviyyəsinin artmasının yeni daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью