Icma.az, Moderator.az saytına istinadən bildirir. Dəkkə Xüsusi Məhkəməsi Banqladeşin keçmiş baş naziri Şeyx Hasinanı üsyanı qızışdırmaqda it
Moderator.az xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.
Məlumata görə, oxşar ittihamlar həmçinin Şeyx Hasinanın Banqladeşdə və xaricdəki 286 tərəfdarına qarşı da irəli sürülüb.
Onlar 2024-cü ilin dekabrında Hindistanda devrilmiş baş nazirlə onlayn görüşdə iştirak ediblər.
Məhkəmə iddia edib ki, görüş zamanı iştirakçılar Şeyx Hasinanın baş nazir vəzifəsinə qaytarılması məqsədilə Banqladeşdə vətəndaş müharibəsini qızışdırmaq planlarını müzakirə ediblər.
İnstansiya siyasətçinin və azadlıqda olan 259 təqsirləndirilən şəxsin həbsinə dair order verib.
Qeyd edək ki, 2025-ci ilin noyabrın 17-də Banqladeşin Cinayət İşləri üzrə Beynəlxalq Tribunalı Şeyx Hasinanı 2024-cü ildə baş verən kütləvi iğtişaşlar zamanı insanlığa qarşı cinayətlərə görə qiyabi olaraq ölüm cəzasına məhkum edib.
Həmçinin Banqladeşin keçmiş daxili işlər naziri Asaduzzaman Xan Kamal barəsində də edam hökmü elan olunub.