Banqladeşdə təlim zamanı tank partlayıb 2 ölü

09.09.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Banqladeşin Çittaqonq şəhərindəki Hatazari poliqonunda təlim zamanı partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin istehsalı olan "Type 59" tankının partlaması nəticəsində iki əsgər həlak olub, biri isə ağır yaralanıb.

Yaralı hərbçi hava yolu ilə paytaxt Dəkkədə yerləşən xəsətəxanaya çatdırılıb.

Banqladeş ordusunun rəsmiləri partlayışın səbəbini müəyyən etmək istiqamətində işlərin davam etdiyini açıqlayıb.

İsgəndər Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью