Icma.az, 525.az portalına istinadən məlumat verir.
Banqladeşin Koks Bazar şəhərində güclü yanğın baş verib.
525.az “Dhaka Tribune” qəzetinə istinadən xəbər verir ki, yanğın İnani çimərlik zolağının yaxınlığındakı istirahət mərkəzində başlayıb.
Yanğın zamanı istirahət mərkəzində təxminən 30 nəfər olub. Onlardan 10-u yanğında həlak olub.
Səlahiyyətlilər nəzarət altına alınan yanğının elektrik qısaqapanmasından qaynaqlana biləcəyi ehtimalını araşdırırlar.
İbrahim Cəfərov