Banqladeşin sabiq baş naziri Xalidə Ziya vəfat edib

30.12.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Banqladeşin sabiq baş naziri və Banqladeş Millətçi Partiyasının (BNP) sədri Begum Xalidə Ziya 80 yaşında vəfat etdi.

APA xəbər verir ki, bu barədə məlumat partiyanın “Facebook” səhifəsində paylaşılıb.

"BNP sədri və sabiq baş nazir Begum Xalidə Ziya bu gün səhər saat 6-da, səhər namazından dərhal sonra vəfat etdi", - məlumatda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью