Banqladeşin yeni prezidenti seçildi

20.08.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Banqladeş parlamenti Mirza Fəxrul İslam Alamgiri ölkənin yeni prezidenti seçib.

Bakıvaxtə.az xəbər verir ki,  “Daily Star” qəzetinin məlumatına görə, avqustun 20-də keçirilən seçkilərdə Banqladeş Milliyyətçi Partiyasının (BNP) namizədi Mirza Fəxrul İslam Alamgir 255 səs toplayaraq prezident seçilib.

Onun rəqibi Oli Əhməd 88 səs qazanıb.

Qeyd edək ki, Banqladeş parlament respublikasıdır və ölkə prezidenti parlament üzvləri tərəfindən seçilir.

Əvvəlki prezident Məhəmməd Şahabuddin Çuppu iyulun 24-də səhhətində yaranan problemlər səbəbilə istefa verib. Yeni dövlət başçısı seçilənədək konstitusiyaya uyğun olaraq prezident səlahiyyətlərini parlamentin sədri Hafiz Əhməd icra edib.

Günəş Mərd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью