Banuçiçək Nəsirli yarımfinalda!

06.03.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri davam edir.

Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

48 kq çəkidə mübarizə aparan Banuçiçək Nəsirli 1/4 final çərçivəsində qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə başa çatıb – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.

Qeyd edək ki, Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

İki boksçumuz finalda Boksçularımız "Adriatik incisi”ndə mübarizə aparacaqlar Dörd boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib Boksçularımız beynəlxalq turnirdə 1/4 finala yüksəlib Üç boksçumuz beynəlxalq turnirə qələbə ilə start verib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью