BAP ilin yekun tədbirini keçirdi

28.12.2024

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Bu gün Böyük Azərbaycan Partiyası 2024-cü ilin yekunları ilə bağlı tədbir keçirib.
Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə partiyanın sədri, Milli Məclisin deputatı Elşad Musayev açıb. Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş insanların və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra il ərzində partiya xətti ilə görülən işlər barədə ümumi məlumat verilib.

Görüşdə BAP Siyasi Şurasının üzvləri, BAP Mərkəzi Aparatının əməkdaşları, rayon təşkilat sədrləri və partiya fəalları iştirak edib.
Sonda tədbir iştirakçılarına uğurlar diləyən millət vəkili Elşad Musayev qarşıdan gələn 2025-ci ilin xalqımız və dövlətimiz üçün düşərli il olmasını arzulayıb.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью