Baqrat Qalstanyanın daha üç tərəfdarı saxlanıldı

30.07.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistandakı “Müqəddəs Mübarizə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyanın tərəfdarı olan üç nəfər saxlanılıb. 

Bakıvaxtı.az xəbər verir ki, onların Artur Demirçyan, Lusine Qriqoryan və Ovnatan Demirçyan olduqları açıqlanıb. 

Həmin şəxslər Baqrat Qalstanyanın başladığı etiraz hərəkatının fəal iştirakçıları olmaqda təqsirləndirilir. 

Xatırladaq ki, B. Qalstanyanın barəsində iyunun 26-da həbs-qətimkan tədbiri seçilib. 

O, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət çevrilişinə cəhddə günahlandırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью