“Baqs Banni“ və “Tviti“ni səsləndirən aktyor öldü

26.10.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Emmi" mükafatı laureatı, tanınmış aktyor Erik Bauza 46 yaşında vəfat edib. Los-Anceles (ABŞ) dairəsinin məhkəmə-tibbi ekspertizasının məlumatlarına görə, o, oktyabrın 25-də öz evində hipertoniya xəstəliyindən dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Karyerası ərzində Bauza ən çox tələbat olan dublyaj aktyorlarından biri kimi tanınıb. O, bir çox məşhur personajları səsləndirib.

Aktyorun filmoqrafiyasına 400-dən çox iş daxildir. "Looney Tunes" cizgi filmində "Baqs Banni", "Daffi Dak", donuz "Porki", quş "Tviti", pişik "Silvestr" və digər personajları səsləndirib. Onun səsi həmçinin "Avatar: Aanq haqqında əfsanə", "Rik və Morti", "Çəkməli Pişiyin macəraları" cizgi seriallarında və "Ulduz müharibələri" animasiya layihələrində yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью