Bara hücum nəticəsində 5 nəfər ölüb

06.01.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Meksikanın cənub-şərqində Vilyaermosa şəhərində (Tabasko ştatı) bara naməlum şəxslərin hücumu nəticəsində 5 nəfər həlak olub.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ştat hökumətinin mətbuat katibi Fernando Vaskes Rosasa məlumat yayıb.

Onun sözlərinə görə, dövlət və federal hüquq-mühafizə orqanları Tamulte məhəlləsindəki barda 5 nəfərin qətlinə görə məsuliyyət daşıyanların tapılması üçün əməliyyata başlayıb.

İlkin məlumatlara görə, hücum nəticəsində 7 nəfər yaralanıb və onlara artıq tibbi yardım göstərilib.

Hadisənin baş verdiyi ərazi nəzarətə götürülüb, Baş Prokurorluq tərəfindən müvafiq araşdırmaların aparılması üçün tədbirlər görülür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью