Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Onun sözlərinə görə, kəskin bir hadisə baş verməsə, bu səhifənin yenidən açılması ehtimalı azdır.
Gununsesi.info bildirir ki, məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev isə bu açıqlamanın real addımlarla uzlaşmadığını qeyd edib.
O bildirib ki, əgər Ermənistan üçün Azərbaycanla müharibə həqiqətən də başa çatıbsa, bu halda işğal tarixinə malik olan bir ölkənin Hindistandan əlavə silahlar alması ciddi suallar doğurur.
“Bu silahların təyinatı nədir? Miqdarı nə qədərdir? Kimə qarşı istifadə üçün nəzərdə tutulur? Harada yerləşdiriləcək?” – deyə hərbi ekspert sual edib.
Ədalət Verdiyev vurğulayıb ki, sülh simvolik bəyanatlarla deyil, konkret və ardıcıl addımlarla təmin olunur:
“Baraban və velosipedlə sülh olmur. Sülh real qərarlar və əməli addımlarla əldə edilir”.
Şəbnəm