Barak Obama gizli eşq iddialarına foto ilə cavab verdi

15.02.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Barak Obama ilə məşhur aktrisa Cennifer Aniston arasında eşq yaşanmağı ilə bağlı iddialara, Obamadan foto ilə cavab gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Obama həyat yoldaşı ilə paylaşdığı bir fotonun altına "Otuz iki ildir birlikdəyik və hələ də nəfəsimi kəsirsən. Sevgililər Günün mübarək" yazıb.

Aniston da həmçinin eşq iddialarını təkzib edib. Məşhur aktrisa, "Qətiyyən doğru deyil. Onunla yalnız bir dəfə tanış oldum. Mişeli ondan daha çox tanıyıram" deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью