Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərində qələbə qazanmaq üçün guya Rusiya ilə əməkdaşlıq etməsi barədə onun ünvanına irəli sürülmüş saxta ittihamlara görə, ABŞ-ın sabiq prezidenti Barak Obamanın həbsinə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı cümə günü The American Conservative jurnalı yayıb.
Məlumata görə, Ağ Evin rəhbəri iddia edir ki, Obama 2016-cı il seçkilərinin gedişi ilə bağlı yalan kəşfiyyat məlumatlarının saxtalaşdırılması üçün Mərkəzi Kəşfiyyat İdarəsinə şəxsən göstəriş verib.
Tramp bunu sabiq prezident tərəfindən həyata keçirilməyə cəhd edilən dövlət çevrilişi adlandırıb və buna görə Obamanın məsuliyyət daşımalı olduğunu bildirib.
Jurnal qeyd edir ki, bu xəbərin yayılmasından bir neçə gün əvvəl Tramp administrasiyasının bəzi yüksək vəzifəli rəsmilərinin iştirakı ilə Federal Təhqiqat Bürosu 2020-ci il prezident seçkiləri ilə bağlı Corciya ştatının Fulton dairəsində yerləşən seçki məntəqəsindən sənədləri müsadirə edib.
Qeyd edək ki, həmin seçkilərdə Demokratlar Partiyasının namizədi Co Bayden qalib gəlmişdi.
Bizim.Media