Barak Ravid: İran ABŞ razılaşmasını Xameneinin təsdiqləməsi gözlənilir

12.06.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Vaşinqton və Tehran danışıqlar zamanı münaqişənin sülh yolu ilə həllinə dair prinsipial razılığa gəlib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid İran rəsmilərinə istinadən "X" sosial şəbəkə hesabında yazıb.

Onların məlumatına görə, İranın Ali rəhbəri Müctəba Xamenei sənədin yekun təsdiqini verməlidir.

"Həm iranlılar, həm də qətərlilər vurğulayırdılar ki, ABŞ-nin gecə zərbələri Trampın (ABŞ Prezidenti Donald - red.) əsl niyyəti ilə bağlı İranın şübhələrini əhəmiyyətli dərəcədə artırıb", - Ravid əlavə edib.

Daha əvvəl Tramp danışıqlar prosesindəki irəliləyiş səbəbindən İrana qarşı əvvəlcədən planlaşdırılan zərbələri ləğv etmək qərarını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью