“Barbi 2” çəkilməyəcək?

03.08.2026

Olay.az saytına istinadən Icma.az xəbər verir.

“Warner Bros.” şirkətinin ən çox gəlir gətirən filmlərindən biri olan “Barbie” filminin davam hissəsinin çəkilişi baş tutmaya bilər.
OLAY yazır ki, studiyanın Marqo Robbi, Rayan Qoslinq və rejissor Qreta Qerviq ilə apardığı danışıqlar maliyyə məsələlərində fikir ayrılığı səbəbindən dalana dirənib.

Məlumata görə, Rayan Qoslinq təxminən 20 milyon ABŞ dolları qonorar, həmçinin filmin kassadan əldə edəcəyi gəlirdən pay tələb edib. “Warner Bros.”un baş direktoru Devid Zaslav isə bunu təsdiqləməkdən imtina edib.
Bununla belə, studiya bu iddiaları təkzib edərək bildirib ki, aktyorların nümayəndələri hələ may ayında təqdim olunan təklifi rədd ediblər və indiyədək əks təklif göndərməyiblər.
Vəziyyəti daha da çətinləşdirən amil vaxt məhdudiyyətidir. “Mattel” ilə bağlanmış müqaviləyə əsasən, “Warner Bros.” davam filminin istehsalına 2026-cı ilin dekabr ayınadək başlamalıdır. Əks halda, franşizaya hüquqlar yenidən “Mattel”ə qayıdacaq və növbəti film yeni aktyor heyəti və yaradıcı komanda ilə yenidən hazırlanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью