Barda silahlı insident: 4 ölü, 20 yaralı

13.10.2025

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin Cənubi Karolina ştatında yerləşən bardakı silahlı insident nəticəsində 4 nəfər həyatını itirib, ən azı 20 nəfər yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, Beaufort County Şerif İdarəsi hadisə ilə bağlı sosial media hesabında paylaşım edib.

Açıqlamada qeyd olunub ki, ştatın St. Helena adasında yerləşən bardakı silahlı insident gecə saatlarında baş verib, nəticədə 4 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.

Yaralıların xəstəxanaya yerləşdirildiyi və onlardan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью