Idman.biz saytına istinadən Icma.az xəbər verir.
İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Nikolo Barella hazırda ən çox bəyəndiyi futbolçunun adını açıqlayıb.
İdman.Biz “TNT Sports”a istinadən xəbər verir ki, italiyalı futbolçu “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqemin oyununu yüksək qiymətləndirib.
“Hazırda sevimli futbolçum Cud Bellinqemdir. O, hər cəhətdən yaxşıdır. Kənardan onun oyununu izləyəndə nə qədər yaxşı futbolçu olduğunu anlayırsan. Amma ona qarşı oynayanda necə möhtəşəm futbolçu olduğunu tam dərk edirsən”, - deyə Barella qeyd edib.
Xatırladaq ki, 23 yaşlı Bellinqem cari mövsümdə “Real Madrid”in heyətində bütün turnirlər üzrə 18 oyun keçirib, yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.