Barış Alper Yılmaz Qalatasaray dan gedir? Təkliflər var

12.08.2025

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaza maraq davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Səudiyyə Ərəbistanı və Avropa klublarından təklif alıb.

"Bolonya" 25 yaşlı futbolçu üçün klub rəhbərliyinə müraciət edib. "Bolonya" klubu Barış üçün bonuslar da daxil olmaqla 20 milyon avro təklif edib.

Futbolçunun satışı üçün Avropa klublarından ən azı 30 milyon avroluq transfer haqqı gözləyən rəhbərlik bu təklifi rədd edib.

Səudiyyə Ərəbistanı liqasının yeni komandası olan "Neom", bonuslar daxil olmaqla, təxminən 25 milyon avro təklif etdi.

Bununla belə, Qalatasaray rəhbərliyi Səudiyyə komandalarından ən azı 40 milyon avroluq təklif gözləyir.

Fərid

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью