Barış Alper Yılmaz qərarını verdi Gedir, yoxsa qalır?

02.09.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qalatasaray"ın ulduz futbolçusu Barış Alper Yılmaz gələcək karyerası ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, gənc hücumçu klubda qalmaq qərarı verib.

Bu barədə məlumatı "TRT Spor" yayıb.

NEOM Barış üçün Türkiyə çempionuna 40 milyon avro təklif etmişdi.

Sözügedən futbolçunun son iki matçda - "Kayserispor" və "Rizespor"la qarşılaşmalarda heyətdə yer almaması bu qərarın futbolçunun karyerasında yeni mərhələ üçün düşündüyünü göstərir.

Klub rəhbərliyi də futbolçunun qalıb komandanın planlarında yer almasına müsbət yanaşıb.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью