Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Super Liqasında yeni mövsüm start götürüb.
Fanat.az xəbər verir ki, “Qalatasaray”ın “Fatih Karagümrük”lə qarşılaşdığı oyunda Barış Alper Yılmaz qeyri-adi performansı ilə gündəmə damğa vurub.
Gənc futbolçu vurduğu qolda 99 metr məsafəni cəmi 14 saniyəyə qət edərək sürəti ilə azarkeşləri heyran qoyub.
Bu, Barış Alperin fiziki gücünün göstəricisi kimi dəyərləndirilib.
Qeyd edək ki, oyun “Qalatasaray”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kamil Xudiyev