Barış Manço Heydər Əliyevlə belə TANIŞ OLUB

20.02.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

"1996-cı ilin Novruz bayramı ərəfəsində Barış Manço ilə söhbət etdik və dedik ki, gəl, bunu çək, Azərbaycanda Novruz bayramı necə keçir, Türkiyədə göstərək".

News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Əməkdar jurnalist Etibar Babayev deyib.

"Bizim Ulu Öndərimiz elə bayramlarda özü şəxsən iştirak edirdi. Onun hər dəfə gəlib iştirak etməsi insanlara ruh yüksəkliyi verirdi. Bu, 1996-cı ildə səfərdə olarkən Barış Mançonun diqqətini çəkdi və tanış oldular. Barış ona müraciət etdi ki, mən çox istərdim ayrıca sizinlə də görüşüm. Heydər Əliyev isə bildirdi ki, mən etiraz etmirəm, görüşərik", - deyə o bildirib.

Davamı videoda:

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью