Barış Manço ilə bağlı həmin layihə ləğv edildi

26.04.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərhum türkiyəli müğənni Barış Mançonun həyatından bəhs edən film layihəsinin ləğv edildiyi açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, istehsal prosesinin çətinliyi və yüksək büdcə tələb etdiyi üçün layihənin dayandırıldığı bildirilib.

Layihədə Barış Mançonu canlandıracaq olan aktyor Ekin Koç bu vəziyyətdən təəccüblənmədiyini bildirib.

“Düzünü desəm, təəccüblənmədim, çox xərcli bir layihə idi. Barış Mançonun 1960-cı illərdən 1990-cı illərə qədər olan həyatını işıqlandırmaq istehsal baxımından olduqca çətin idi. Çəkilişlərin Belçika və Fransa kimi ölkələrdə aparılması işləri daha da çətinləşdirdi. Belə bir layihəni həyata keçirmək cəsarət tələb edir. Amma daha uyğun şərtlər yaranarsa, gələcəkdə yenidən gündəmə gələ bilər”, - o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью