Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
İngiltərənin “Everton” klubu “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmazı transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Mersisayd klubu Barış üçün 35 milyon funt-sterlinq təklif edib.
26 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsi 2028-ci ilin yayına kimidir. Onun “transfermarkt”da dəyəri 30 milyon avrodur.