Barışdıqlarını belə göstərdilər Video

13.10.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir müddət əvvəl aralarında qalmaqal yaşanan “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanla bir araya gəlib.

Axşam.az xəbər verir ki, onlar “44” bədii filminin qala gecəsində görüşüblər. Həmin anları prodüser Tarix Əliyev sosial şəbəkədə paylaşıb. Onlar aralarındakı incikliyə son qoyduqlarını bildirblər.

Qeyd edək ki, R. Ayxanla A.Salayev arasında Kann Film Festivalı ərəfəsində qalmaqal yaşanmışdı. Belə ki, müğənninin festivala yollanması ilə bağlı açıqlama verən Salayev hər kəsin ora gedə biləcəyini bildirmişdi. Bu sözlər Röyanın narazılığına səbəb olmuş, sənətçi məsələ ilə bağlı sərt açıqlama vermişdi.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью