Barışığın elə bir resepti yoxdur ki... Almaniya prezidenti

02.04.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Barışığın elə bir resepti yoxdur ki, hər yerdə tətbiq olunsun.

Axar.az xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatda bildirib.

Almaniya Prezidenti deyib ki, qarşılıqlı inam tədricən qurulmalıdır. Almaniya və Fransa arasında çoxsaylı müharibələrdən danışan Frank-Valter Ştaynmayer bu gün iki xalqın keçmişi geridə qoyduğunu, dost xalqlar olduğunu qeyd edib:

“Cənubi Qafqazda da sülh şəraitində yaşanılması üçün səylər göstərilməli, işlər görülməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью