Barmağını sındırdığı üçün verilişə ayaqyalın çıxdı Video

07.12.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Dünyaşöhrətli aktrisa Ancelina Coli  Cimmi Fallonun “The tonight show” proqramına qonaq olub.

“Qafqazinfo” “Mirror” nəşrinə istinadən xəbər verir ki, aktrisa efirə ayaqyalın gəlib.

Aparıcı Ancelinanın efirə bu formada gəlməsinə təəccüblənib və zarafatla niyə ayaqyalın gəldiyini soruşub:

“Baxdım ki, ayaqyalınsan. Ayaqqabılarını unutmusan?”.

Coli isə cavabında ayaq barmağını sındırdığını açıqlayıb:

“Xeyr. Ayaq barmağımı sındırmışam və rahat ayaqqabı tapmağa çalışdım, amma sonra fikrimi dəyişdim”.

Gözəlliyi ilə illərə meydan oxuyan 49 yaşlı aktrisa belə proqramlarda əsəbi və narahat olduğunu bildirib. Bu Colinin son 10 ildə qatıldığı ilk tok-şou olub.

Görüntüləri təqdim edirik:



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью