Barmaq şıqqıldatmağın TƏHLÜKƏSİ

16.11.2024

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əl barmaqlarını mütəmadi şıqqıldatmaq təhlükəlidir.

REN.TV xəbər verir ki, travmatoloq Konstantin Ternov barmaq şıqqıldatmaq vərdişinin təhlükələrindən danışıb.

Onun sözlərinə görə, bu vərdiş barmaqların zəifləməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Həkim sözügedən vərdişi əsasən nevrozla əlaqələndirib.

“Daim barmaqlarınızı laxladıb boşaltmaqla məşğul olsanız, 70 yaşında yaranmalı olan artroz xəstəliyinə 50 yaşında tutulacaqsınız", - deyə həkim vurğulayıb.

Mütəxəssis əlavə edib ki, barmaqları mütəmadi əzmək vərdişi fiziki yorğunluqla da əlaqəli ola bilər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью