Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Barmaqların hərəkət etdirilməsində, tam olaraq açılmasında çətinlik varsa, ovuc içində keylik hiss olunursa, bu, “Düpüytren kontrakturası” (ovuc fibromatozu) adlı xəstəliyin əlamətləri ola bilər.
Sağlamolun.az xəbr verir ki, mütəxəssislər gündəlik həyat fəaliyyətlərini məhdudlaşdıran bu xəstəliklə bağlı kritik xəbərdarlıq edirlər.
Bu barədə türkiyəli cərrahiyyə mütəxəssisi Kadir Uzel məlumat verib.
Kadir Uzelin sözlərinə görə, “Düpüytren kontrakturası”na daha çox kişilərdə rast gəlinir.
“Bu xəstəlik ovuc içində dərinin altında yerləşən və fasya adlanan toxumanın anormal dərəcədə qalınlaşmasından yaranır.
Bu toxumanın qalınlaşması və qısalması nəticəsində sərtləşmiş fibrotik maneə və düyün yaranır ki, bu da barmaqların bükülməsini, hərəkət etdirilməsini çətinləşdirir.
Bu xəstəlik əsasən 40 yaşdan sonra müşahidə olunur. Səbəbi isə dəqiq məlum deyil.