Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Barselona”nın baş məşqçisi Hans-Diter Flikin komandadakı gələcəyi müəyyənləşib.
Apasport.az xəbər verir ki, kataloniyalılar almaniyalı çalışdırıcının işindən çox razıdır və onunla yeni müqavilə imzalamaq istəyirlər.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Flikin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq və rəhbəlik təcrübəli mütəxəssisin sövdələşməsini 2 il daha uzatmaq niyyətindədir.
Qeyd edək ki, komanda onun rəhbərliyi altında La Liqa, Kral kuboku və UEFA Çempionlar Liqası kubokları üçün mübarizəni davam etdirir.
“Qalatasaray”dan növbəti qələbə - FƏRQ YENİDƏN 6 XALA YÜKSƏLDİ Legioner limiti ilə bağlı yeni qərar “Beşiktaş”da skandal – 3 min futbolçunun datası silindi “İnter”də ciddi itki Şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək