Barsa ayağını yorğanına görə uzatmır: pul yoxdur, amma 175 milyonluq oyunçu istəyir

30.12.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Milan"ın portuqaliyalı vingeri Rafael Leau "Barselona"nın futbolçusu ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Calcio Mercato" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, müqaviləsində 175 milyon avroluq sərbəst qalma maddəsi olan 25 yaşlı portuqaliyalının transferini başa çatdırmaq çox çətin olsa da, ispan nəhənginin bir ümidi var. Bu, onun agenti olan Jorje Mendeşdir.

Xuan Laporta hesab edir ki, futbolçunun portuqaliyalı agenti kluba sensasiyalı müqavilə bağlamağa kömək edə biləcək. Lakin indi bu, demək olar ki, mümkünsüz görünür. /Publika.az

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью