Barsa bu brend ilə əməkdaşlıq edəcək: Rekord məbləğ

09.11.2024

Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Barselona"nın İdarə Heyətinin üzvləri "Nike" ilə əməkdaşlıqla bağlı qərar verib.

Publika.az xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb.

Mənbənin sözlərinə görə, ötən gün klubun direktorlar şurasının iclası keçirilib və orada ABŞ brendi ilə şifahi formada mövcud olan müqavilənin ratifikasiyasına səs verilib.

Kataloniyalıların şirkətlə 10 illik müqavilə bağlayacağı və hər mövsümə orta hesabla 140 milyon avro qazanacağı bildirilir. Bu, texniki tərəfdaşlıq sahəsində rekord məbləğ ola bilər.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью