Barsa dan Adeyemi üçün rəsmi təklif Dortmundun cavabı gözlənilir

09.07.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona" "Borussiya Dortmund"un futbolçusu Karim Adeyemini heyətinə qatmağa yaxındır. 

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı hücumçu üçün Dortmund klubuna rəsmi təklif göndərib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hazırda tərəflər arasında danışıqlar davam edir.

Məlumata görə, Adeyemi bu yay yalnız "Barselona"ya keçmək istəyir və digər variantları nəzərdən keçirmir.

"Borussiya" rəhbərliyi isə təklifi dəyərləndirir və yekun qərarını verməyib.

Qeyd edək ki, Karim Adeyemi 2022-ci ildən Dortmund təmsilçisinin formasını geyinir.

Almaniya millisinin üzvü olan hücumçu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 43 oyunda 18 qol vurub, 11 məhsuldar ötürmə edib.

“Barselona” almadı – Reşford “Mançester Yunayted”ə qayıdır “Arsenal”ın təklifi rədd edildi – “Nyukasl”dan sərt qərar Daliç dövrü bitdi – Xorvatiya millisində ayrılıq “Trabzonspor”un futbolçusu Super Liqada klubunu dəyişdi “Beşiktaş” Özcan transferini bitirdi - RƏSMİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью