Barsa Erik Qarsiyanı komandada saxlayacaq

04.12.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Barselona" müqaviləsi mövsümün sonunda başa çatan Erik Qarsiyanı komandada saxlayacaq.

Apasport.az xəbər verir ki, La Liqa nəhəngi ispaniyalı mərkəz müdafiəçisi ilə yeni sözləşmə imzalayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq Qarsiya ilə razılıq əldə olunub. 24 yaşlı futbolçu ilə yaxın günlərdə 5 illik yeni müqavilə imzalanacaq.

Qeyd edək ki, Erik Qarsiya "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Emeri Premyer Liqada rekord qırıb “Kasımpaşa” Şota Arveladze ilə yollarını ayırıb Juninyo Braziliyada çempion oldu "Arsenal"dan qələbə, "Çelsi" və "Liverpul"dan xal itkisi - YENİLƏNİB "Napoli", "Atalanta" və "İnter" 1/4-də - YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью