Barsa Fliklə müqaviləni uzatmaq niyyətindədir

18.12.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

İspaniyanın “Barselona” komandası baş məşqçisi Hans-Diter Flik ilə müqaviləni uzatmaq niyyətindədir.

Apasport.az “Bild” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 60 yaşlı mütəxəssisin 2028-ci ilədək komandada qalmasını istəyir. Almaniyalı çalışdırıcının Kataloniya təmsilçisi ilə hazırkı sözləşməsi gələn ilin sonuna kimidir.

Xatırladaq ki, Hans-Diter Flik ötən ilin mayından “Barselona”ya rəhbərlik edir. La Liqa klubu onun rəhbərliyi altında ilk mövsümdə İspaniya çempionluğunu, ölkə kubokunu və Superkuboku qazanıb.

Kenan Yıldıza 5 illik təklif İkardi İtaliya klublarının radarına düşüb Konfrans Liqası: VI turun oyunları keçiriləcək - YENİLƏNİR Ançelottinin oğlu işsiz qalıb “Qarabağ” “Sabah”ın qonağı olacaq - YENİLƏNİR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью