“Barsa” futbolçusu ilə müqavilə yeniləyəcək

29.01.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniya La Liqası komandalarından "Barselona" İniqo Martinezlə bu həftə yeni müqavilə imzalayacaq.

Apasport.az xəbər verir ki, razılaşma 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Klubla 33 yaşlı müdafiəçi arasındakı müqavilənin detallarına görə, o, bu mövsümdə oyunların 60 faizində meydana çıxdığı təqdirdə müddət avomatik artırılmalı idi. Amma İspaniya Superkubokunun finalında zədələnən Martinezin çıxışından razı qalan klub rəhbərliyi bunu gözləmədən onunla müqavilə imzalayacaq.

Qeyd edək ki, İniqo "kataloniyalılar"ın heyətində La Liqada 18 oyunda meydana çıxıb.

Virtz “Bayer”də qalmaq istəyir Serbiya millisinin üzvü "Fənərbaxça"da Aleks De Souza: "Maaşımızı ala bilmirdik" PSJ-nin 59 azarkeşi həbs edilib Sabiq "Arsenal"lı İtaliya klubunda
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью