Barsa nın məşqçisi intizamı pozan futbolçunu yenə əfv etmədi | Icma.az
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
''Barselona''nın baş məşqçisi Hans-Diter Flik növbəti dəfə sərt üzünü göstərib.
''Football-plus.az'' xəbər verir ki, Kataloniya nəhəngi La Liqanın 24-cü turunda öz meydanında ''Rayo Valyekano''nu 1:0 yenərək liderliyə yüksəlib.
Bu qarşılaşmada Jül Kundenin ehtiyatda qalması diqqət çəkib.
Əsas heyət üzvü sayılan fransalı sağ cinah müdafiəçisi yalnız 66-cı oyuna daxil olub.
Məlum olub ki, almaniyalı mütəxəssis mövsümdə 3-cü dəfə bu futbolçunu gecikdiyinə görə cəzalandırmaq qərarına gəlib!
''Barsa''da 3-cü mövsümünü keçirən 26 yaşlı futbolçu Flikin sərt üzünü ilk dəfə hələ oktyabrda görmüşdü.
Həmin vaxt o, ''Alaves''lə oyunöncəsi son toplantıya bir neçə dəqiqə gec gəlmişdi.
Tam oxu
Xəbəri oxu