“Barselona” 100 milyonu qəbul edəcək? İdmanXəbər

21.11.2025

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

“Barselona”nın yarımmüdafiəçisi Rafinya yenidən Premyer Liqaya qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” gələn yay braziliyalı vingeri Məhəmməd Salahın mümkün ayrılığı fonunda əsas namizəd kimi görür və 28 yaşlı futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır.

Rafinya “Barselona”ya 2022-ci ilin yayında “Lids”dən keçib.

O, bu mövsüm kataloniyalıların heyətində 7 oyunda 3 qol və 2 asistə imza atıb. Müqaviləsi 2028-ci ilə qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью