Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mövsümə bütün rəsmi yarışlarda ardıcıl 7 qələbə ilə başlayan "Barselona" özünün rekordunu reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Kataloniya nəhəngi 111 ildən sonra özünün ən yaxşı startına imza atıb.
"MisterChip"-in "X" sosial media hesabı üzərindən yaydığı məlumata görə, İspaniya təmsilçisi sonuncu dəfə belə bir nəticəyə 1915/1916 mövsümündə nail olub. Cek Qrinvelin rəhbərliyi altında komanda mövsümün ilk 7 oyununda qalib gələrək 44 qol vurub.
"Barselona" İspaniya çempionatının 6-cı turunda son oyununda "Rasinq"i 7:2 hesabı ilə məğlub edib.
La Liqada 6 turdan sonra "Barselona" 18 xalla turnir cədvəlində birinci yerdədir.
Mirağa